Metronun "Koroğlu" stansiyasında nə baş verib?

1 month ago 13

Bu gün səhər saatlarında metronun "Koroğlu" stansiyasının giriş hissəsində sıxlıq yaranıb.

Oxu.Az xəbər verir ki, bir çox sərnişinə stansiyaya girməyə icazə verilməyib.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metronun "Koroğlu" stansiyasında infrastrukturla bağlı texniki xarakterli problem yoxdur.

"Sərnişin sıxlığı müşahidə olunub. Sərnişinlərin təhlükəsiz hərəkəti məqsədilə metropolitenin əlavə nəzarət mexanizmləri var. Ümumən metropolitenin bütün infrastrukturu, o cümlədən qatarlar saz vəziyyətdədir".

Əzizə İsmayılova

Read Entire Article