Martın 22-də Cənubi Koreyada ölkənin cənub-şərqindəki böyük yanğın da daxil olmaqla, 20-dən çox meşə yanğını baş verib.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, yanğınlar nəticəsində iki yanğınsöndürən həlak olub, daha ikisi itkin düşüb.
Ən mürəkkəb vəziyyət Cənubi Kyonsan əyalətində yaranıb. Orada martın 21-də başlayan yanğın artıq 275 hektar ərazini əhatə edib.
200-dən çox sakin təxliyə olunub. Hakimiyyət bölgəni fəlakət zonası elan edib.