"108" çağrı mərkəzinə daxil olan müraciətlərin 15 faizi ilkin mərhələdə səsli botlar vasitəsilə cavablandırılacaq".
Oxu.Az xəbər ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri Mehdi Cavadov "Dövlət idarəetməsində data əsaslı qərar qəbuletmə" mövzusunda panel müzakirəsində deyib.
O qeyd edib ki, agentliyin çağrı mərkəzinə hər gün 5 min müraciət daxil olur:
"Süni intellektin tətbiqi vasitəsilə ilkin mərhələdə həmin zənglərin 15 faizinin, sonrakı mərhələdə isə 30 faizinin cavablandırılması planlaşdırılır".
Mehdi Cavadov bu prosesdə süni intellektin tətbiqinin hansı müsbət nəticələrə gətirib çıxaracağı barədə də məlumat verib:
"İlk olaraq səsli botlar vasitəsilə sutkanın 24 saatında xidmət etmək asanlaşacaq. Gözləmə müddəti və itirilmiş zəng sayı minimuma endiriləcək. Operatorların səmərəliliyi də artırılacaq. Bunlarla çağrı mərkəzinin keyfiyyəti də rahat izləniləcək".
Aygün Mirakif