Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 51 yaşlı İlqar Şahbazov saxlanılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, ondan 13 kiloqram heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, İ.Şahbazov barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.