Manuel Noyer Almaniya millisinə qayıda bilər

1 month ago 16

38 yaşlı qapıçı Manuel Noyerin 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında yenidən Almaniya yığmasının formasını geyinəcəyi gözlənilir.

Oxu.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, onun qayıdışı "Barselona"nın qolkiperi Mark-Andre Ter-Ştegenin hansı formada olmasından asılıdır.

Manuel Noyer milli karyerasını 2024-cü ildə başa vurub.

Qeyd edək ki, o, 2014-cü ildə Almaniya millisi ilə dünya çempionu olub.

Read Entire Article