Malayziyada qaz kəmərində dəhşətli partlayış: 100-dən çox insan xəsarət aldı

2 weeks ago 8

Malayziyada Kuala-Lumpurdan bir qədər aralıda yerləşən Subanq-Caya rayonunda qaz kəmərində böyük partlayış baş verib.

Bu barədə Oxu.Az "Malay Mail"ə istinadən məlumat verir.

Partlayış nəticəsində azı 112 nəfər xəsarət alıb, onlardan 63-ü xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, qaz kəməri dövlət enerji şirkəti olan "Petronas"a məxsusdur.

Yanğın qaz kəmərinin təxminən 500 m uzunluğunda bir hissəsini əhatə edib, alov göyə yüksəlir.

Yaxınlıqdakı Avan yaşayış rayonunun sakinləri təxliyə edilirlər. Hakimiyyət yaxınlıqda yerləşən "Petronas" yanacaqdoldurma məntəqəsinin zərər görmədiyini təsdiqləyib - yalnız əsas qaz kəməri yanır.

Yanğın nəticəsində hadisə yerinin ətrafında yerləşən 43 evin zərər gördüyü vurğulanıb.

Yanğının söndürülməsi üzrə işlər aparılır.

Read Entire Article