Lökbatanda QƏZA: VAZ-2107 sərnişin avtobusuna ÇIRPILDI

1 month ago 14

Bu gecə Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəsəbənin 28 May küçəsində "BakuBus"a məxsus sərnişin avtobusu VAZ-2107 markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Xəsarət alanların olub-olmaması ilə bağlı aidiyyəti qurumlara sorğu verilib.

Əzizə İsmayılova

Read Entire Article