Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü, digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atıb.
Oxu.Az xəbər verir ki, "Opel" markalı 77-SA-591 dövlət nömrə nişanlı avtomobilin sürücüsü əks istiqamətdə hərəkət edib.
Hadisə Lökbatan qəsəbəsi, Xocəsən yolu, 57 ünvanında ("Abşeron" Ticarət Mərkəzinin yanı) qeydə alınıb.
Baş vermiş hadisə ilə bağlı aidiyyəti quruma sorğu verilib.
Əzizə İsmayılova