Kriştianu Ronaldudan unikal göstərici

1 week ago 8

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu karyerası ərzində 15-ci dəfə bir mövsümdə 20-dən çox qol vurub.

Oxu.Az xəbər verir ki, 40 yaşlı hücumçu bunu ötən gün "Əl-Hilal"a qarşı səfər matçında (3:1) dubla imza atmaqla reallaşdırıb.

Portuqaliyalı futbolçu, həmçinin karyerasının 931-ci qoluna imza atıb.

Qeyd edək ki, K.Ronaldu Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə 25 oyun keçirib, 21 qola və 3 məhsuldar ötürməyə imza atıb. Futbolçunun "Ən-Nəsr"lə hazırkı müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir. Onun transfer dəyəri 12 milyon avro olaraq qiymətləndirilir.

Read Entire Article