Komandir Kşnyakinin ailəsi AZAL təyyarəsinin qəzaya uğradığı yerə gedib

3 weeks ago 11

AZAL təyyarəsinin Aktau yaxınlığında faciəli şəkildə qəzaya uğramasından üç ay sonra hava gəmisinin kapitanı İqor Kşnyakinin ailəsi faciə yerinə gedib.

Mərhum komandirin həyat yoldaşı Yana Kşnyakinanın 1news.az-a verdiyi məlumata görə, bu onların qəza yerinə ilk səfəri olub.

Y.Kşnyakina qeyd edib ki, bu kədərli gündə həlak olanların xatirəsini yad etmək onlar üçün vacib idi.

Xatırladaq ki, faciə 2024-cü il dekabrın 25-də baş verib. Təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həlak olub. İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici təsir nəticəsində qəzaya uğrayıb.

Read Entire Article