Klaudio Ranyeri baş məşqçi karyerasını bitirəcək

1 month ago 10

"Roma"nın baş məşqçisi Klaudio Ranyeri mövsümün sonunda karyerasını bitirəcək.

Oxu.Az xəbər verir ki, bu barədə mütəxəssis özü qərar verib. O, "Roma"dakı nəticələrindən asılı olmayaraq, qərarını verdiyini və fikrini dəyişməyəcəyini bildirib.

Ranyeri karyerası ərzində "Uotford", "Fulhem", "Lester", "Nant", "Yuventus", "Atletiko", "Fiorentina" kimi komandalarda çalışıb.

"Roma" A Seriyasında 29 turdan sonra 49 xalla 7-ci sıradadır.

Read Entire Article