Ukraynanın paytaxtı Kiyevdə ABŞ Prezidenti Donald Trampın ismini daşıyan iki kafenin adı dəyişdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Qeyd olunur ki, Ağ Ev rəhbərinin Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarını verilməsini dayandırmaq qərarından sonra iaşə obyektlərinin sahibləri Donald Trampın adına olan reklam lövhəsini ləğv ediblər.