“Kaskadyorlar” filminin effektiv təqdimatı gündəm oldu - VİDEO

2 hefte evvel 11

Məşhur amerikalı rejissor Devid Litç və Dryu Pirs tərəfindən çəkilən “Kaskadyorlar” (“The Fall Guy”) komediya filmi effektiv təqdimatı ilə gündəm olub. İzləyicilər bunu ən effektiv promo kampaniya adlandırıblar.

Kadrlarda baş rol ifaçısı Rayan Qoslinqlə yanaşı dayanan kaskadyorların bir anda “uçaraq” divarı dəldikləri görünür.

Görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və böyük müzakirələrə səbəb olub. İstifadəçilər filmin də təqdimat kimi güclü olacağına ümidlərini ifadə ediblər.

Qeyd edək ki, “Kaskadyorlar” dünya premyerasına mayın 3-də çıxacaq.