Kanadada "Tesla"nın diler mərkəzinə hücum olub

1 month ago 13

İqlim fəalları Kanadanın Monreal şəhərində "Tesla" şirkətinin yerləşdiyi diler mərkəzinə qırmızı boya atıblar.

Oxu.Az xəbər verir ki, video "X" sosial şəbəkəsində paylaşılıb.

Hadisə yerinə gələn polislər "Tesla"nın dilerinə hücum edən 21 yaşlı iki nəfəri saxlayıblar.

Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Donald Tramp İlon Maskın "Tesla" şirkətinin avtomobillərinə, diler mərkəzlərinə və enerjidoldurma məntəqələrinə hücum edən şəxsləri terrorçu adlandırıb.

Read Entire Article