İstanbul bələdiyyəsi sədrinin vəzifəsini icra edən seçildi

3 weeks ago 11

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Məclisi sədr Ekrem İmamoğlunun korrupsiya istintaqı çərçivəsində həbs olunmasından sonra onun yerinə bələdiyyə sədrinin vəzifəsini icra edəcək şəxsi seçib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Anadolu" Agentliyi məlumat verib.

Saraçhanedəki bələdiyyə binasında keçirilən məclisin iclasına İstanbul Böyükşəhər Bələdiyyə Məclisi sədrinin 2-ci müavini Gökhan Gümüşdağ sədrlik edib.

Yekunda Cümhuriyyət Xalq Partiyası (CHP) qrupu tərəfindən namizədliyi irəli sürülən məclis üzvü Nuri Aslan İstanbul Böyükşəhər Bələdiyyəsi sədri vəzifələrini icra edən seçilib.

Read Entire Article