İsrailin Qəzzaya hava hücumları zamanı HƏMAS sözçüsü həlak olub

3 weeks ago 13

İsrailin Qəzza zolağının şimalına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS hərəkatının mətbuat katibi Əbdül Lətif əl-Qanua həlak olub.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Əl-Əqsa" televiziya kanalı xəbər verib.

"Əbdül Lətif əl-Qanua Cəbaliya şəhərində çadırda olarkən İsrail aviasiyasının zərbəsinə məruz qalıb", - deyə məlumatda vurğulanıb.

Fələstin mediası mətbuat katibinin cəsədinin görüntülərini dərc edib.

Əbdül Lətif əl-Qanua HƏMAS-ın ən tanınmış nümayəndələrindən biri olub.

O da qeyd olunur ki, hücum zamanı azı 26 nəfər həlak olub. Ölənlərin sayının arta biləcəyi istisna olunmur, çünki xəstəxanalara çatdırılan bəzi yaralıların vəziyyəti son dərəcə ağırdır.

Read Entire Article