İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcının Livanın cənubundakı Sayda şəhərinə hücumu nəticəsində HƏMAS-ın hərbi rəhbərlərindən biri Həsən Fərhad həlak olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Qeyd olunub ki, raket zərbəsi şəhərin kənarındakı yaşayış məntəqəsinə endirilib. Fərhadla birlikdə daha iki nəfər öldürülüb.