İsrail əsir götürülmüş livanlı hərbçini azad etdi

1 month ago 15

Livan ordusunun əsir götürülərək İsrail ərazisinə aparılan hərbçisi azad edilib və Ras-ən-Nakura sərhəd məntəqəsində BMT-nin Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlılarına təhvil verilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Livan ordusunun komandanlığının bəyanatında deyilir.

"Martın 10-da yaralanan və İsrail ərazisinə aparılan əsgər Ziyad Şibli azad edilib. O, müalicə üçün xəstəxanaya göndərilib", - deyə ordunun Mətbuat Xidməti tərəfindən yayılan mətnində bildirilir.

Qeyd edək ki, martın 11-də İsrail xoş niyyət jesti olaraq yanvar və fevral aylarında sərhəd bölgələrində əsir götürülmüş 11 livanlıdan dördünü azad edib. Onlar Ras-ən-Nakurada Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə təhvil veriliblər.

Read Entire Article