İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi

1 hefte evvel 14

İsrail Nazirlər Kabineti Fələstinin cənubundakı Rəfah bölgəsində əməliyyatı davam etdirmək qərarına gəlib.

Məlumata görə, müvafiq qərar yekdilliklə qəbul edilib.

Bildirilir ki, əməliyyatların davam etdirilməsində məqsəd girovların azad edilməsi üçün HƏMAS-a təzyiq göstərməkdir.

Qeyd edək ki, bir müddət öncə HƏMAS Rəfahda əməliyyatları dayandırmaq məqsədilə İsraillə atəşkəsə razı olduğunu bəyan edib.

Mənbə: TASS