İsrail hökuməti Ben-Qvirin milli təhlükəsizlik naziri vəzifəsinə təyinatını təsdiqləyib

1 month ago 11

İsrail hökuməti Baş nazir Benyamin Netanyahunun ultrasağ "Otsma yehudit" ("Yəhudi gücü") partiyasının lideri İtamar Ben-Qvirin milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilməsi təklifini təsdiqləyib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə baş nazirin dəftərxanası məlumat yayıb.

"Hökumət yekdilliklə Netanyahunun Knessetin (parlament) deputatı İtamar Ben-Qvirin milli təhlükəsizlik naziri vəzifəsinə yenidən təyin edilməsi təklifini təsdiqləyib", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, yanvarın sonunda Ben-Qvir parlament koalisiyasından çıxdığını elan edib və Qəzza zolağında atəşkəs razılaşmasına etiraz olaraq, hökuməti tərk edib.

Read Entire Article