İspaniya La Liqasında ən çox oyun keçirən legionerlərin siyahısı bəlli oldu - Ronaldunun adı yoxdur

2 weeks ago 9

İspaniya La Liqasında ən çox oyun keçirən legionerlər açıqlanıb.

Oxu.Az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) dərc etdiyi siyahıya Antuan Qrizman başçılıq edir.

Fransalı hücumçu İspaniya çempionatında 521 matça çıxıb. O, Lionel Messini bir oyun qabaqlayıb. İlk üçlüyü Kərim Benzema qapayır.

Qeyd edək ki, 350 və ya daha çox oyun keçirənlərin siyahısında 15 legioner yer alıb. Kriştianu Ronaldunun adı isə siyahıda qeyd olunmayıb.

1. Antuan Qrizman - 521

2. Lionel Messi - 520

3. Kərim Benzema - 439

4. İvan Rakitiç - 438

5. Dani Alveş - 436

6. Luka Modriç - 387

7. Marselo - 386

8. Valeri Karpin - 384

9. Roberto Karlos - 370

10. Mauro Silva - 369

11. İnyaki Uilyams - 369

12. Miroslav Cukiç - 368

13. Dieqo Qodin - 368

14. Yan Oblak - 361

15. Filipe Luis - 351

Read Entire Article