İspaniya La Liqası: "Real Madrid" "Valensiya"ya uduzdu

1 week ago 11

İspaniya La Liqasının 30-cu turunda "Real Madrid" - "Valensiya" matçı başa çatıb.

Oxu.Az xəbər verir ki, oyun gözlənilmədən "Valensiya"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

15-ci dəqiqədə "Valensiya"nın müdafiəçisi Muktar Diakabi komandasını hesabda irəli çıxarıb. 50-ci dəqiqədə Vinisius hesabda bərabərliyi bərpa edib. 90+5-ci dəqiqədə hücumçu Uqo Duro "Valensiya"nı önə keçirib - 2:1.

"Real Madrid" 63 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb, "Valensiya" isə 34 xalla 15-ci yerdədir.

Read Entire Article