İspaniya La Liqası: "Barselona" xal itirdi

1 week ago 13

İspaniya La Liqasının 30-cu turunda "Barselona" və "Betis" komandaları qarşılaşıb.

Oxu.Az xəbər verir ki, katalonlar "Real Madrid"in büdrəməsindən istifadə edə bilməyib və matç 1:1 hesabı ilə başa çatıb.

Matçda hesabı yeddinci dəqiqədə "Barselona"nın yarımmüdafiəçisi Qavi açıb. 17-ci dəqiqədə "Betis"in müdafiəçisi Natan hesabı bərabərləşdirib.

"Barselona" İspaniya çempionatının turnir cədvəlində birinci yerdədir (67 xal). "Betis" beşinci yerdədir (48). İkinci yerdə "Real" (63) qərarlaşıb.

Read Entire Article