İsmayıllıda QƏZA: Ölən və xəsarət alanlar var

2 weeks ago 9

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bu gün saat 1:00-da İsmayıllı rayonunda VAZ-2107 markalı avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Yasin Rəhimovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı obyektə çırpılıb.

Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, iki sərnişin - 32 yaşlı Mehman Babayev və 33 yaşlı Bəhruz Əlizadə isə xəsarət alıblar.

Daxili İşlə Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Aytac Qasımova

Read Entire Article