İşlədiyi şirkətin 75 min manata yaxın pulunu mənimsəyən satış təmsilçisinə şərti cəza verildi

1 month ago 10

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Elməddin Qədirovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Elməddin Qədirova şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Elməddin Qədirov Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən sənədlərdə "KNARR boya-kimya" və "Epokimya" kimi qeyd olunan zavodlarda müxtəlif ad, çeşiddə inşaat və sənaye boyalarının istehsalı, kafel və keramika yapışdırıcıları, kimyəvi beton qatqılarının istehsalını və satışını həyata keçirən şirkətdə satış təmsilçisi vəzifəsində işləyib.

O, 2021-2022-ci illərdə satdığı malların ümumilikdə 74 385 manatını mənimsəyib.

Read Entire Article