İrəvan sülh müqaviləsinin imzalanma vaxtını müzakirə etməyə hazırdır

1 month ago 11

Ermənistan Azərbaycanla sülh sazişinin imzalanma yeri və vaxtı ilə bağlı məsləhətləşmələrə başlamaqda maraqlıdır.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyanın ofisinin bəyanatında bildirilib.

"Sülh sazişinin mətni üzrə razılığın əldə edilməsi və mətnin razılaşdırılması üzrə danışıqların başa çatdırılması mühüm addımdır və Ermənistan Azərbaycanı sazişin imzalanma yeri və vaxtı ilə bağlı məsləhətləşmələrə başlamağa hazırdır", - deyə bəyanatda qeyd olunub.

Sənəddə, həmçinin Ermənistanın iki ölkə arasında sərhədin demarkasiyası üzrə işi davam etdirmək marağında olduğu vurğulanıb.

Xatırladaq ki, martın 13-də Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh müqaviləsinin bütün 17 müddəasının razılaşdırıldığını və onun imzalanma vaxtı və yeri ilə bağlı məsləhətləşmələrə hazır olduqlarını bildirib.

Read Entire Article