İrəvan Bakı ilə müqavilədən sonra ATƏT-in Minsk qrupunun fəaliyyətini zəruri hesab etmir

1 month ago 14

Ermənistan Azərbaycanla sülh sazişi imzalandıqdan sonra beynəlxalq danışıqlar formatı - ATƏT-in Minsk qrupunun (onun həmsədrləri Rusiya, ABŞ və Fransadır) fəaliyyətinin davam etdirilməsini məqsədəuyğun hesab etmir.

Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bunu parlamentdə Ermənistan XİN başçısı Ararat Mirzoyan bildirib.

"Hesab edirik ki, Azərbaycanla münasibətlərin normallaşmasından, sülh müqaviləsinin imzalanmasından sonra münaqişə kağız üzərində institusional olaraq başa çatacaq və ATƏT-in Minsk qrupuna ehtiyac olmayacaq", - deyə o bildirib.

Read Entire Article