Dünən axşam Zahedan şəhərində yanacaqdoldurma məntəqəsinin qarşısında güclü partlayış baş verib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
İlkin məlumatlara görə, benzindaşıyan maşın partlayıb və yanıb.
Hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib, xəsarət alanlar və dəymiş ziyan haqqında məlumat yoxdur.