İran XİN: "Trampdan heç bir məktub almamışıq"

1 month ago 14

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai rəsmi Tehranın ABŞ Prezidenti Donald Trampdan heç bir məktub almadığını açıqlayıb.

Oxu.Az IRNA-ya istinadən xəbər verir ki, bu barədə İsmayıl Bəqai jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

"Bir daha vurğulamaq istəyirəm: İran İslam Respublikası heç vaxt danışıqlar üçün qapını bağlamayıb. Bununla belə, biz təhdid və hədə-qorxu əsasında danışıq aparmırıq, prinsipcə, bu, heç danışıq da adlandırıla bilməz", - deyə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

İsmayıl Bəqai əlavə edib ki, İran Rusiya və Çinlə Tehranın nüvə proqramı problemini müzakirə edir.

Read Entire Article