İngiltərə Premyer Liqası: "Çelsi" klubu "Tottenhem"lə üz-üzə

2 weeks ago 11

Bu gün İngiltərə Premyer Liqasında XXX tura yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, turun son görüşündə "Çelsi" klubu "Tottenhem"i qəbul edəcək.

Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, hazırda aktivində 49 xalı olan "Çelsi" turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. "Tottenhem" 34 xalla 14-cüdür.

3 aprel

İngiltərə Premyer Liqası

XXX tur

Saat 23:00, "Çelsi" - "Tottenhem".

Read Entire Article