İngiltərə Premyer Liqası: London derbisinin qalibini bir qol müəyyənləşdirdi

4 days ago 3

İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində London derbisi - "Çelsi" - "Tottenhem" matçı baş tutub.

Oxu.Az xəbər verir ki, oyun "zadəganlar"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Qarşılaşmada yeganə qolu 50-ci dəqiqədə Enso Fernandes vurub.

Bu qələbə sayəsində "Çelsi" xal ehtiyatını 52-yə çatdıraraq dördüncü pilləyə yüksəlib.

"Tottenhem" isə 34 xalla turnir cədvəlinin 14-cü yerində qərarlaşıb.

Read Entire Article