İmişlidə 82 yaşlı qadın kanalda boğularaq ölüb

4 weeks ago 11

İmişlidə 82 yaşlı qadının su kanalına düşərək boğulması ilə nəticələnən hadisə baş verib.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

İmişli şəhər sakini? 1943-ci il təvəllüdlü Məstan Hüseyn qızı Vəliyeva evlərinin yaxınlığından keçən R-2 su kanalına düşərək boğulub. Günorta saatlarında onun cəsədi batdığı yerin yaxınlığında aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Read Entire Article