Dünyanın ən zəngin iş adamlarından olan İlon Mask "X" sosial media platformasını satıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Mask "X" hesabında paylaşım edib.
Sosial media platforması elə Maskın özünə məxsus olan "xAI" süni intellekt şirkəti tərəfindən satın alınıb.
İlon Mask qeyd edib ki, bu əməliyyatla "xAI"nin dəyəri 80 milyard dollar, "X"in dəyəri isə 33 milyard dollar olub.
O, həmçinin "X"in 12 milyard dollar borcu olduğunu da vurğulayıb.