İlon Mask pendir formalı qəribə papağı ilə ictimaiyyəti təəccübləndirdi

2 weeks ago 9

ABŞ-nin Hökumət Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri və iş adamı İlon Mask Amerika Siyasi Cəmiyyəti ("America PAC") üzvlərinin görüşünə kəsilmiş pendir dilimini xatırladan papaqla gəlib.

Oxu.Az-ın Gazeta.ru-ya istinadən məlumatına görə, görüş Viskonsin ştatında keçirilib.

Görüntülərdə Maskın səhnəyə qaçaraq çıxdığı və əlləri ilə baş geyimini tutduğu görünür.

"Gəldiyiniz üçün təşəkkür edirəm. Papağım necədir?" - deyə iş adamı tədbirin əvvəlində soruşub.

Daha sonra o, baş geyimini çıxarıb və imzalayaraq zaldakı insanlar tərəfə atıb.

Qeyd edək ki, Amerika Siyasi Cəmiyyəti Mask tərəfindən 2024-cü ilin iyulunda yaradılmış ictimai təşkilatdır. "America PAC"in fəaliyyətinin əsas istiqaməti ölkənin hazırkı Prezidenti Donald Trampın tərəfdarı olmaq istəyən ABŞ vətəndaşlarının tapılmasıdır.

Read Entire Article