HƏMAS Qəzzanın baş nazirinin və dörd hərəkat liderinin öldürüldüyünü təsdiqləyib

1 month ago 11

HƏMAS ötən gecə İsrail tərəfindən həyata keçirilən bombardman nəticəsində Qəzza zolağı hökumətinin Baş naziri İssam əd-Dalisin və hərəkatın dörd tanınmış üzvünün öldürüldüyünü təsdiqləyib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, həyatını itirən digər dörd nəfər HƏMAS siyasi bürosunun üzvü Yasir Hərb, hərəkatın daxili təhlükəsizlik xidmətinin rəhbəri Behcət Əbu Sultan, Qəzzadakı HƏMAS hökumətində daxili işlər nazirinin müavini Mahmud Əbu Vətfa və Qəzzada ədliyyə nazirinin müavini vəzifəsini yerinə yetirən Əhməd Əl-Həttadır.

Read Entire Article