HƏMAS: "İsrailə güzəştə getməyəcək, mübarizəmizi dayandırmayacağıq"

1 month ago 12

HƏMAS hərəkatı İsrailə güzəştə getməyəcəyini və Fələstinin bütün hüquqları reallaşana qədər mübarizəni davam etdirəcəyini bəyan edib.

Oxu.Az xəbər verir ki, müvafiq bəyanat HƏMAS-ın rəsmi "Telegram" kanalında dərc edilib.

"Fələstin xalqı işğala son qoyulana və bütün qanuni hüquqları tam reallaşana qədər qanuni mübarizəsini dayandırmayacaq", - HƏMAS-ın bəyanatında qeyd olunur.

Məlumat üçün qeyd edək ki, bu gün İsrail Müdafiə Ordusu (SAXAL) Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib.

Read Entire Article