Husilər ABŞ-nin "MQ-9" pilotsuz təyyarəsini vurdular

1 week ago 12

"Ənsar Allah" üsyançı hərəkatından olan Yəmən husiləri Əl-Hodeydə əyaləti üzərində ABŞ-nin "MQ-9 Reaper" kəşfiyyat və hücum pilotsuz təyyarəsini vurublar.

Oxu.Az "Al Masirah" telekanalına istinadən xəbər verir ki, bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariya bildirib.

"Yəmənin hava hücumundan müdafiə qüvvələri Əl-Hodeyda vilayətinin hava məkanında düşmənçilik missiyasını yerinə yetirən ABŞ-yə məxsus "MQ-9" pilotsuz təyyarəsini vurmağa nail olub. Pilotsuz təyyarə yerli istehsal olan "yer-hava" raketi ilə məhv edilib", - deyə hərəkatın nümayəndəsi bildirib.

Read Entire Article