Huawei yeni elektromobil markasını elan edib!!

1 day ago 3

Huawei və SAIC ilə əməkdaşlıqda hazırlanan yeni elektrikli avtomobil markası Shangjie, HIMA çətiri altında elan edilib. Beləliklə, Huawei texnoloji sərhədlərini genişləndirir. Bu dəfə şirkət diqqətini elektrik avtomobillərinə çevirib və Çin avtomobil nəhəngi SAIC Motor ilə birləşərək yeni brend yaradıb: Shangjie.

Huawei SAIC

İki şirkət təxminən iki ay əvvəl rəsmi tərəfdaşlıq üçün bir məxrəcə gəlmişdi. İndi onun ilk meyvəsi ictimaiyyətlə paylaşılıb. Shangjie sadəcə elektrikli avtomobil markası deyil. Bu, həmçinin Huawei-nin mobillik üçün daha böyük planlarının bir hissəsi kimi görünür. Huawei-nin avtomobil sahəsindəki təşəbbüslərini bir araya gətirən HIMA (Harmony Intelligent Mobility Alliance) çətiri altında təqdim edilən Shangjie, bu struktur altında fəaliyyət göstərən beşinci avtomobil markası olaraq elan edilib. HIMA-ya əvvəllər Seres Group-dan Aito, Chery-dən Luxeed, BAIC Group-dan Stelato və JAC-dan Maextro brendləri daxil idi. Huawei-nin icraçı direktoru Richard Yu verdiyi açıqlamada Shangjie-yə məxsus ilk elektrik avtomobilinin bu payızda buraxılacağını açıqlayıb.

Huawei SAIC

Shangjie markası üçün təqribən 838 milyon dollarlıq ilkin sərmayə qoyulacağını açıqlayan SAIC sədri Jia Jianxu, layihədə 5000-dən çox adamdan ibarət xüsusi qrupun iştirak edəcəyini bildirdi. Jia bildirib ki, avtomobillər SAIC-in mövcud yüksək texnologiyalı istehsal xətlərində istehsal olunacaq. O, gələcəkdə yalnız Shangjie brendinə xidmət edəcək xüsusi fabrikin yaradılacağını da açıqlayıb. İlk Shangjie modeli ilə bağlı texniki detallar hələ açıqlanmayıb. Bununla belə, yerli mənbələr, modelin SAIC-in Roewe markasına aid olan və şirkət daxilində “ES39” kod adı ilə tanınan yeni avtomobil platformasında hazırlanacağını bildirib. Mənbələr, başlanğıc qiymətinin təxminən 20,879 dollar olacağını bildirdi və bu modelin gənc istifadəçi bazasını hədəf almaq üçün xüsusi olaraq hazırlandığını bildirib. “Shangjie” brendinə aid bütün avtomobillərin HIMA-nın mövcud satış şəbəkəsi vasitəsilə istehlakçılara təqdim ediləcəyi açıqlanıb. Bildirilib ki, Huawei və SAIC arasında əməkdaşlıq dizayn, istehsal, təchizat, satış və satışdan sonrakı xidmətləri əhatə edən çoxşaxəli struktura malikdir.

Huawei yeni elektromobil markasını elan edib!! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.

Read Entire Article