Huawei ABŞ-a meydan oxuyur: Ascend 920 Nvidia-ya rəqib olacaq!

4 hours ago 2

Son dövrlərdə ABŞ və Çin arasında olan ticarət müharibəsi artıq geniş vüsət almağa başlayıb. Belə ki, ABŞ və Çin qarşılıqlı olaraq müxtəlif sanksiyalar və vergi faizi artımı tətbiq etməklə texnoloji cəhətdən mübarizə aparmağa başlayıblar. Hətta ABŞ mərkəzli bir sıra texnologiya nəhəngləri də bu vəziyyətdən təsirlənə biləcəyi üçün öz cihazlarının istehsalını fərqli ölkələrə köçürməyi qərara alıblar. Çinə vurulan ən böyük zərbələrdən biri isə Nvidia-nın sürətləndiricilərinin çinə idxalına qadağa qoyulması idi. Bununla belə, Huawei breni ABŞ-a meydan oxuyaraq yeni Ascend 920 ilə bu qadağanın əhəmiyyətini itirməsinə səbəb olacaq.

Ascend 920

Süni intellektə və çiplərə qarşı ağır embarqolara baxmayaraq, ayaqda durmağı bacaran Huawei, daha yetkin proseslərdə istehsal edilən çiplərlə Nvidia-ya təzyiq göstərməyə davam edir. Beləliklə, yeni Huawei Ascend 920 çipi Nvidia H20 ilə rəqabət aparacaq. Huawei-nin TSMC tərəfindən istehsal edilən və Çində əhəmiyyətli bir paya sahib olan Ascend 910C çipi birbaşa Nvidia H10 ilə rəqabət aparırdı. Ascend 920 Nvidia-nın çox gözlənilən H20 ilə rəqabət aparacaq. SMIC tərəfindən 6 nanometrlik prosesdə istehsal ediləcəyi təxmin edilən Huawei Ascend 920 çipi 900 TFLOPS süni intellekt performansını nümayiş etdirir.

Belə ki, bu çip nə az, nə çox, düz 4000 GB/s bant genişliyinə çatır. Bu, onu tamamilə Çində hazırlanmış və istehsal edilmiş bir çip edir.  Nvidia-nın artan sanksiyalara həll yolu tapmaqda çətinlik çəkdiyi bir vaxtda, Huawei Ascend 920 geniş şəkildə qəbul oluna bilər. Bu, Nvidia üçün itirilmiş gəlir deməkdir. Bununla belə, aparılacaq testlərlə Huawei Ascend 920 və Nvidia H20 arasındakı performans fərqinin nə olduğunu anlayacağıq.


Huawei ABŞ-a meydan oxuyur: Ascend 920 Nvidia-ya rəqib olacaq! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.

Read Entire Article