Hindistanda şirlər adam ovuna çıxıblar: İki həftədə üç nəfər parçalandı

3 weeks ago 20

Hindistanda nadir Asiya şiri Qucarat ştatının Amreli dairəsində kişini parçalayıb.

Bu barədə Oxu.Az "The Indian Express"ə istinadla xəbər verir.

Meşə təsərrüfatı departamentinin əməkdaşları meşədə qismən yeyilmiş qalıqlar aşkarlayıblar.

Qalıqların 34 yaşlı Nazim Kureşiyə aid olduğu müəyyənləşib. Onun bədəninin aşağı hissəsi yeyilib. Hadisə yerində şir izləri aşkar edilib.

Qeyd olunur ki, son iki həftədə Amreli dairəsində şirlər üç nəfəri parçalayıblar.

Read Entire Article