Hindistanın Disa şəhərində (Qucarat ştatı) fişəng anbarında baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 21-ə çatdı, daha altı nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, "The Indian Express" məlumat verib.
Ölənlər arasında indiyədək 19 nəfərin şəxsiyyəti müəyyən edilib. Altı qurban, o cümlədən üç yaşlı uşaq müxtəlif şəhərlərdəki tibb müəssisələrinə yerləşdirilib. Polis ölənlərin sayının arta biləcəyini və faciə yerində işin davam etdiyini bildirib.
Qeyd olunub ki, partlayış aprelin 1-də səhər saatlarında "Deepak Traders" şirkətinin pirotexniki məhsulların qanunsuz saxlanıldığı obyektində baş verib. Xilasetmə işləri 11 saat davam edib.