Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO

2 hefte evvel 12

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru Gert Yan Kupmanla görüşüb

Bu barədə Avropa Komissiyasının rəsmisi "X" hesabında məlumat yayıb.

“COP29, minatəmizləmə və digər məsələlər sahəsində Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığı müzakirə etmək üçün Azərbaycandayam. Prezidentin köməkçisi Hikmət Haciyev və xarici işlər nazirinin müavini Fariz Rzayevlə məhsuldar görüşlərim baş tutdu. Cənubi Qafqazda yaşıl enerji, regional əlaqə və sülhlə bağlı müsbət gündəm yaratmaq üçün mühüm fürsətdir”, - diplomat vurğulayıb.

Arrived in #Azerbaijan to discuss 🇪🇺🇦🇿 cooperation on #COP29, demining & more.

Started w/ a productive meeting w/ President’s Adviser @HikmetHajiyev & DFM Rzayev.

Important opportunity to build a positive agenda on green energy, regional connectivity & peace in South Caucasus. pic.twitter.com/AiQiQcTIWK

— Gert Jan Koopman (@GertJanEU) May 2, 2024