İngiltərə millisinin hücumçusu Harri Keyn yığmadakı rekordunu yeniləyib.
Oxu.Az xəbər verir ki, 31 yaşlı forvard bunu 2026-cı il dünya çempionatının seçmə mərhələsində Albaniyaya qol vurmaqla bacarıb.
K qrupunun matçında fərqlənən futbolçu yığmanın heyətində ümumilikdə 70-ci qolunu vurub.
Keyn hazırda İngiltərənin heyətində ən çox qol vuran futbolçudur. Onun ardınca siyahıda 53 qolla Ueyn Runi qərarlaşıb.