Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqə səfər ediblər.
Bu barədə Oxu.Az "Hürriyet" qəzetinə istinadla xəbər verir.
Məlumata görə, Türkiyə XİN başçısı Suriya Prezidenti Əhməd əş-Şaraa ilə danışıqlar aparacaq.
Görüşün əsas mövzuları Suriya hakimiyyəti və Suriya Demokratik Qüvvələri arasında imzalanmış razılaşma, eləcə də ölkənin keçmiş prezidenti Bəşər Əsədin tərəfdarları ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalar olacaq.