Hakan Fidan: "Rusiya ilə Ukrayna arasında atəşkəs qərarını alqışlayırıq"

4 weeks ago 12

"Türkiyə Rusiya və Ukrayna arasında atəşkəsə dair əldə edilmiş razılaşmaları alqışlayır".

Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, bunu xarici işlər naziri Hakan Fidan macarıstanlı həmkarı Peter Siyarto ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Macarıstan kimi Türkiyə də Ukraynadakı müharibənin mənfi nəticələrini hiss edir və hər iki ölkə münaqişənin dialoq yolu ilə dinc nizamlanmasının tərəfdarıdır:

"Biz tərəflərin atəşkəs qərarını alqışlayırıq, bu proses dəstəklənməlidir. Ankara hərtərəfli atəşkəs və davamlı sülhə nail olunacağına ümid edir".

Read Entire Article