Gürcüstanda gün ərzində iki dəfə zəlzələ oldu

1 month ago 18

Martın 8-də Gürcüstanda iki dəfə zəlzələ qeydə alınıb.

Oxu.Az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, dörd maqnitudalı zəlzələnin episentri respublikanın şimal-şərqində olub.

Qeyd edək ki, mərkəz bu gün Ermənistan-Gürcüstan sərhədi yaxınlığında da 5.1 maqnitudalı zəlzələnin qeydə alındığı barədə məlumat paylaşıb.

Read Entire Article