Gürcüstan prezidenti sələfinin verdiyi iddianı geri götürdü

3 weeks ago 11

Gürcüstan Prezidenti Mixail Kavelaşvili keçmiş dövlət başçısı Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna qarşı qaldırdığı iddianı Konstitusiya Məhkəməsindən geri götürüb.

Oxu.Az xəbər verir ki, bu barədə prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda deyilir:

"Qanun xarici qüvvələrin maraqlarını həyata keçirən təşkilatların maliyyələşməsinin mənşəyi barədə cəmiyyəti maksimum dərəcədə məlumatlandırmağa xidmət edir. Müvafiq olaraq, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili konstitusiya iddiasından imtina etmək qərarına gəlib".

Read Entire Article