Futbol üzrə Azərbaycan millisi Litva seçməsinin qonağı olacaq

1 week ago 5

Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu bu gün keçirəcək.

Oxu.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv C Liqasının IV qrupunda Litvanın qonağı olacaq.

Vilnüsdəki "Jalgiris" stadionunda təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Matçı avstriyalı Marina Zeçner idarə edəcək.

Qeyd edək ki, Azərbaycan yığması aprelin 8-də səfərdə Monteneqro ilə üz-üzə gələcək. Komanda daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə edib. Qrupda iki oyun keçirən Monteneqro Litvanı 3:1 hesabı ilə üstələyib.

Read Entire Article