Fransa insanlığa qarşı cinayətlərə görə təzminat ödəməlidir - Beynəlxalq konfransda ÇAĞIRIŞ

3 weeks ago 10

"İnsanlığa qarşı cinayətlərə, quldarlığa görə Fransa təzminat ödəməlidir".

Oxu.Az xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda Qvadelupanın Beynəlxalq Qaradərili Xalqlar Komitəsinin (ICBN) rəhbəri Jaklin Defonten deyib.

O bildirib ki, təzminatla bağlı Avropa Məhkəməsinə müraciət ediblər:

"Fransa hökuməti bizim səsimizi eşitməlidir. Biz quldarlığa məruz qalmışıq, əzilmişik. Tarixi ədalətin bərpası üçün təzminat tələb edirik".

O, tam şəkildə dekolonizasiyaya nail olunacağına ümid etdiyini vurğulayıb.

Aləmdə Nəsib

Read Entire Article