Floridada DƏHŞƏT: Bir qadın və üç uşaq güllələndi

3 weeks ago 14

Floridada dəhşətli hadisə baş verib. Belə ki, bir qadın və üç uşaq güllələnib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə CBS telekanalı xəbər verib.

Bildirilir ki, atışma Pembrok-Park şəhərində baş verib.

"Pembrok-Park polis əməkdaşları hadisə yerinə gəldikdə, orada bir qadını, bir körpəni və iki azyaşlını ölmüş vəziyyətdə aşkar ediblər", - deyə xəbərdə bildirilir.

Daha iki nəfər - bir kişi və 10 yaşlı qız yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Hazırda polis hadisəni araşdırır, yaralıların vəziyyəti barədə məlumat verilməyib.

Read Entire Article